• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident hərbi büdcəni təsdiqlədi - 3 milyard 783 milyon manat

Prezident hərbi büdcəni təsdiqlədi - 3 milyard 783 milyon manat
18.11.2014 15:35
Bu gün - noyabrın 18-də parlamentdə maliyyə naziri Samir Şərifov 2015-ci ilə dair prezident İlham Əliyev tərəfindən təsdiqlənərək Milli Məclisə göndərilmiş dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclərin həcmini açıqlayıb.ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, nazir gələn il Azərbaycanın hərbi xərclərinin 3 milyard 783 milyon manat olacağını bildirib. Bu, 2014-cü il üçün hərbi xərclərdən rekord səviyyədə - 27,2 faiz artıqdır.“Müdafiə xərcləri dövlət büdcəsinin 2015-ci ildəki xərclərinin 17,9 faizini təşkil edəcək” - deyə nazir bildirib.Onun sözlərinə görə, ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, silahlı qüvvələrin təchizatının yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət büdcəsinin prioritet istiqamətləri sırasında qalır. Beləliklə, Azərbaycanın gələn il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edəcək ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir. Azərbaycan onsuz da ötən 11 il ərzində hərbi xərclərini sürətlə artırıb və prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə - Ermənistanın bütün dövlət büdcəsinin həcmini aşıb keçməyə çoxdan çatıb.Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanınn gələn ilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar.Başqa sözlə, Azərbaycanın gələn il üçün müəyyən etdiyi hərbi xərclər Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır. Digər mühüm məqam budur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi də Azərbaycan dövlətini hərbi xərclərini kəskin artırmaqdan çəkindirməyib. Bu da əraziləri işğal altında olan ölkənin rəhbərliyi üçün silahlı qüvvələrin daha da gücləndirilməsinin əsas prioritet kimi qaldığını göstərir. Azərbaycan sonuncu dəfə hərbi xərclərdə bu cür kəskin artımı iki il əvvəl edib və həmin il müdafiə xərclərində birdən-birə 30 faizə qədər artım olmuşdu. Həmin il Azərbaycan xaricdən böyük miqdarda güclü silah sistemləri və müasir döyüş texnikası aldı. Ehtimal olunur ki, bu il də hərbi xərclərin belə kəskin artımı yeni müasir döyüş sistemlərinin alınması planları ilə bağlıdır. Bu baxımdan Azərbaycanın 2015-ci il üçün hərbi xərclərinin məbləğinin açıqlanması Ermənistanda ciddi narahatlıq doğurmaya bilməz.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol