• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-nin keçirdiyi reyddə qalmaqal - VİDEO

DYP-nin keçirdiyi reyddə qalmaqal - VİDEO
18.07.2018 16:22
Şamaxıda səhər saatlarından gecəyədək rayonun dövlət yol polis bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirib.
 
Reydlər əsasən rayonun mərkəz və şəhərdaxili küçələrini əhatə edib. Reyd zamanı bir sıra qanun pozuntularına rast gəlinib. Reyd yaşayış məntəqələrinə yaxın olan ərazilərdə yüksək sürətlə hərəkət edən sürücülərin qarşısını almaq, o cümlədən təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş, heç bir sənədi olmayan sürücüləri müəyyən etmək məqsədi daşıyıb. 

Reyd zamanı bir nəfər sərxoş halda, bir nəfər sürücülük hüququ olmadan avtomobil idarə edən və 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü polislər tərəfindən saxlanılıb. Cərimə borcunu ödəməyən iki sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.

Bəzi sürücülər törətdiyi əməldən boyun qaçırıb, hətta reyd zamanı ərazidə çəkiliş aparan televiziya əməkdaşlarına təyziq göstərənlər də olub.
 
Sürücü: "Ayə demədim çəkmə? Nə çəkirsən?”

Reydin keçirilməsinə etiraz edən və qaydanı pozaraq özünü haqlı sayan sürücülərlə yanaşı belə reydlərin mütəmadi keçirilməsini müsbət qarşılayanlar da olub.

Saleh Orucov (sürücü): "Qayda-qanuna riayət etmək hər birimizin borcudur. Biz də çalışırıq ki, riayət edək. Əlbəttə, bu reydlərin mütəmadi keçirilməsi lazımdır”.

Sahib Eyyubov (sürücü): "Rayon içidi, ona görə taxmamışam kəməri. 40 manat cərimə elədilər. Öz günahımdır”.

Yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə ümumulikdə 30 protokol tərtib edilib. Bu cür reydlərin rayon ərazisində mütəmadi keçirilməsi nəzərdə tutulur. (ARB TV)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol