• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya ordusu erməni kəndinə soxuldu - VİDEO

Rusiya ordusu erməni kəndinə soxuldu - VİDEO
18.07.2018 17:54
Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb. 
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatı "Aravot” yayıb. 
İnsident iyulun 17-də baş verib. Bildirilib ki, kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər.
"30-dan çox hərbçi kəndə gələn yolu bağladılar və atəş səsləri eşidildi. Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var”, - kənd icmasının rəhbəri Vardan Makeyan deyib. 
"Onlar heç kimi təlimlərin keçiriləcəyi ilə bağlı məlumatlandırmayıb. Əgər Ermənistan Rusiya Federasiyasında bu addımı atsaydı, bunu faciəyə çevirərdilər. Başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz”, - o bildirib. 
İnsidentin videosu "Facebook” sosial şəbəkəsində yayımlanıb. 
Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.
Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib. 
"Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır”, - Saruxanyan qeyd edib. 
Panik kəndi "Alaqyaz” poliqonunun yaxınlığında yerləşir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol