• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülər cərimələri bu cür ödəyəcək - YENİLİK

Sürücülər cərimələri bu cür ödəyəcək - YENİLİK
18.11.2014 13:59

Azərbaycanda yol hərəkəti qaydalarının (YHQ) pozulmasına görə cərimələrin onlayn ödənişi xidməti tətbiq ediləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumatı avtomatlaşdırılmış sistemin yaradılması layihəsinin rəhbəri Cəmil Şirinov bildirib. Onun sözlərinə görə, layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

C.Şirinov bildirib ki, hazırda proqramı təşkil edən sistemin hazırlanması başa çatıb və həftənin sonunda veb-interfeysin yaradılmasının yekunlaşacağı gözlənilir: "Sistem bir ay ərzində sınaq yoxlamasından keçəcək və ilin sonuna kimi tam işlək olacaq. Layihə çərçivəsində YHQ pozulmasına görə cərimələrin bank və kredit kartları, SMS, eləcə də ödəniş terminallarının vasitəsilə internetin köməyi ilə ödənilməsi inkanlarına baxılması nəzərdə tutulur. İnternet ödənişləri üçün terminal.az resursu yaradılıb və o, hazırda nümayiş rejimindədir”.Layihə rəhbərinin sözlərinə görə, saytda qeydiyyatdan keçərkən avtonəqliyyat vasitəsinin sahibi “şəxsi kabinet”ə giriş imkanı əldə edəcək. O, burada özünün YHQ pozuntusu, foto və videomateriallarla ətraflı tanış olacaq. Bundan başqa, cəriməni Daxili İşlər Nazirliyinin internet səhifəsində ödəmək də mümkün olacaq: "YHQ pozulması video-müşahidə kameraları tərəfindən qeydə alınacaq. Sürücünün YHQ pozması hadisə yeri göstərilməklə, fotoşəkillər və videomateriallar əlavə olunmaqla onun elektron ünvanına göndəriləcək. Sürücünün operativ şəkildə xəbərdar edilməsi üçün SMS-lə məlumat göndərilməsi də nəzərdə tutulur".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol