• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Bağırov: Ölkədə 10 min nəfərə 15 vəkil düşəcək

Anar Bağırov: Ölkədə 10 min nəfərə 15 vəkil düşəcək
19.07.2018 13:30
Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycanda vəkilliyə böyük həvəs və maraq var.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə doqquz vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək:

"Ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur. Yəni, bu gün daha 264 vəkilliyə namizədin and içməsi ilə bu rəqəm 1500-ü keçəcək”.

Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: 

"Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır. Vəkillik təsisatının tarixində yeni inkişaf mərhələsi yaşanır.

Əvvəllər nisbətən yaşlı insanlar vəkil olmaq istəyirdilərsə, indi gənclərin vəkilliyə böyük marağı və həvəsi müşahidə olunmaqdadır. Elə 264 nəfərin 82 faizini 40 yaşa qədər olanlar təşkil edir.

Bununla yanaşı, vəkilliyə maraq göstərənlər arasında hüquq-mühafizə orqanlarında çalışan insanlar - müstəntiqlər, prokurorlar da var. Bu, vəkilliyin necə önəmli peşə olduğuna daha bir nümunədir.

Həmçinin, Rəyasət Heyətində təmsil olunmaq istəyən elm adamlarımızın, hüquq elmləri doktorlarının sayında bir artım var. Onlar bizə Rəyasət Heyətində təmsil etmək üçün müraciət ediblər və hazırda Rəyasət Heyətində altı nəfər hüquq elmləri doktoru var”.

A.Bağırovun sözlərinə görə, ilin sonuna kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək və bu zaman vəkillərin sayı bir qədər də artmış olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol