• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkilliyə qəbulun staj müddəti azaldılacaq

Vəkilliyə qəbulun staj müddəti azaldılacaq
29.05.2020 04:04
Vəkilliyə qəbulla bağlı staj müddəti azaldılmalıdır.

Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniş tərkibli iclasında Kollegiyanın sədri Anar Bağırov bildirib.

A.Bağırov deyib ki, Vəkillər Kollegiyası bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektlərə müraciət edəcək: 

"Vəkilliyə qəbulla bağlı staj müddətinin azaldılmasına ehtiyac var”. 

Qeyd edək ki, hazırda vəkilliyə qəbulla bağlı üç il staj tələb olunur.

A.Bağırov vəkillərin peşə bayramı gününə ehtiyac duyulduğunu bildirib:

"Təəssüflər olsun ki, bu məsələdə də vəziyyətə ürəkaçan deyildi. Bunu dəfələrlə dilə gətirmişdim. Digər tanınmış vəkillərimiz də vəkillərin peşə bayramının, peşə gününün vacibliyini söyləyirdilər.

Odur ki, biz arxivin araşdırılmasına və bu araşdırmaları aparmaq üçün üç nəfər vəkildən ibarət komissiyanın yaradılmasına qərar verdik. Ötən dövrdə komissiya arxivi, Cümhuriyyət dövrünü araşdırdı və çox gözəl materiallar, faktlar əldə etdi.

Məlum oldu ki, Cümhuiriyyət illərində Azərbaycanda 100-ə yaxın vəkil fəaliyyət göstərib. Ancaq onların cəmi doqquzu azərbaycanlı olub. Həmin vəkillər arasında Cümhuriyyət dövrünün qurucuları da olub.

Beləliklə, komissiya 30 iyul 1919-cu il tarixinin Azərbaycan vəkilliyinin yaranma tarixi kimi götürülməsi və bu səbədən 30 iyulun bundan sonra vəkillərin peşə bayramı kimi qeyd olunması təklifi ilə Rəyasət Heyəti qarşısında çıxış edib. İndi Rəyasət Heyəti həmin təklifə münasibət bildirməlidir”.

VK-nın Rəyasət Heyəti də həmin təklifi müsbət qarşılayıb və 30 iyulun vəkillərin peşə günü kimi qeyd olunması qərara alınıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol