Azərbaycan bayrağını öpən gənc həbs edildi

Güneyli fəal Camal Musəvinejad həbs edilib.
Anews.az axar.az-a istinadən xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.
C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.
Qeyd edək ki, məhkəmə Camal Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və şəxsi kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən bir fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























