Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

Efiopiyanın Cəlilə qəsəbəsində peyğəmbər olduğunu deyən Getayavkal Ayele adlı şəxs ölünü dirildə bilmədiyi üçün həbs edilib.
Anews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Belay Biftu adlı ölünün ailəsinin yanına gedən "peyğəmbər” İsanın "İncil”dəki Müqəddəs Lazarı diriltməsi hekayəsini danışaraq eynisini edə biləcəyini deyib. Ailə Biftunun qəbrindən çıxarılmasına razılıq verib. Sosial şəbəkədə paylaşılan görüntülər zamanı Ayele cəsədin üzərinə oturaraq "Belay, oyan” deyə qışqırıb.
Bəzi ailə üzvləri huşunu itirsə də, seansdan sonra ölü dirilməyib. Bundan əsəbiləşən ailə Ayeleni döyməyə başlayıb. O, polisin müdaxiləsindən sonra ailə üzvlərinin əlindən xilas edilib. Ancaq o, ölülərin narahat edilməsini cinayət hesab edən Efiopiya qanunlarına zidd çıxdığı üçün həbs edilib.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib