Metroda şort qalmaqalı, çimərlikdə saçyoldu - SƏBƏBLƏRİ

Hər birimiz mütəmadi olaraq, kiminsə aqressiv davranışı ilə üzləşirik. Bizə qarşı tərbiyəsizlik edirlər, kobud danışırlar, itələyirlər və hətta söyürlər. Son vaxtlar böyük müzakirələrə səbəb olan metrodakı qısa şort qalmaqalı, çimərlikdə xanımların saçyoldusu və s. kimi hallar insanların bir-birilərinə qarşı çox aqressiv olmalarından xəbər verir. Görəsən, hansı səbəbdən insanlar bir-birilərinə qarşı belə aqressiv və əsəbi davranır? Onları bu cür çirkin addımlar atmağa nə vadar edir? Digər həyati hadisələr kimi aqressiyanın yaranmasının da xüsusi səbəbləri var.
BAKU.WS məsələni araşdırmağa çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, sosioloq Əhməd Qəşəmoğlu bu kimi halların baş verməsində mənəvi dəyərlərin get-gedə arxa plana keçməsində görür:
"Min illərdir ki, bütün dini kitablar, müdrik insanlar, peyğəmbərlər deyirlər ki, cəmiyyətdə, həyatınızda, ətrafınızda mənəvi dəyərlər öndə olsun, cəmiyyəti daha çox tənzimləyən mənəvi dəyərlər olsun. Bütün bədii əsərlərdən, folklordan bilirik ki, o cəmiyyətdə ki, mənəvi dəyərlər sıxışdırıldı, arxa plana keçdi, orada xoşagəlməz hadisələr baş verir – bu, cəmiyyətin qanunudur. Qeyd etdiyiniz halların da ortaya çıxması cəmiyyətdə get-gedə mənəvi dəyərlərin arxa plana keçməsi ilə bağlıdır. Maddi dəyərlər, şöhrətbazlıq, başqasına gücünü nümayiş etdirmək və s. – təəssüf ki, cəmiyyətdə belə bir yarışma gedir. Hər bir insan həmişə çalışır ki, özü öz hansısa potensialı, qabiliyyəti ilə başqalarından fərqlənsin. Mənəvi dəyərlərə üstünlük verəndə insanlar bir-biri ilə daha yaxşı, xoş münasibətdə olurlar və cəmiyyətdə ahəng yaranır. Təəssüf ki, cəmiyyətimizdə dediyiniz hadisələr baş verməkdədir. İnsanlar, küçədə, cəmiyyət içində bir-biri ilə öz mədəniyyəti ilə yox, özlərinin bir-birilərinə qarşı olan qıcığı ilə davranırlar. Nə qədər gec deyil, çalışmalıyıq ki, bu sahədə humanitar siyasətimizi elə quraq ki, cəmiyyətdə get-gedə mənəvi dəyərlər ön plana keçsin”.
Psixoloq Xatirə Səfərova aqressiyanın yaranma səbəblərini belə izah edib:
"Ümumiyyətlə, dünyada hər bir insanın yaşama energetikası var və hər bir insanın içində iki növ kanal var: libido və mortido. Bu kanallar insanların yaşama mübarizəsini mənfi və müsbət üzərində davam etdirir. Libido qurucu, mortido isə dağıdıcı kanaldır. Məhz bu kanalların sayəsində insan həyatda bəzən qurur, bəzən də qurduğunu dağıda bilir. Hər bir insanın motivi var. Bəzən insan özü-özlüyündə başa düşmür ki, hərəkətlərinin motivlərinin əsasında nə dayanır, o nə istəyir. Hərdən bizim ehtiyaclarımız ödənməyəndə daxili aqressiya yaranır və bu aqressiya öz qığılcımlarını hansısa bir yolla biruzə verir. Daxilimizdəki motivi təyin etmək üçün biz ehtiyaclarımıza nəzər salmalıyıq. Ehtiyac iki cür olur: açıq və gizli. Açıq ehtiyac, məsələn, siz su içmək istəyirsiniz, bunun üçün mətbəxə keçirsiniz, suyu götürürsünüz və içdiyiniz vaxt ehtiyacınız ödənilir. Gizli ehtiyac isə siz nə isə istəyirsiniz, amma bilmirsiniz. Məhz o istədiyinizi tapa bilmədikdə insanda həmin anda da aqressiya formalaşır. Bəzi insanlar uğur əldə etmək düsturunu pulda görürlər, amma bəzən heç bir maddi problemi olmayan insanlarda da aqressiya formalaşır. Əgər aqressiya daxili ehtiyacdan irəli gəlirsə, demək ki, bunun təkcə maddiyatla yox, mənəviyyatla da əlaqəsi var. Təsəvvür edin ki, insanlar motivlərini düzgün təyin etmədikdə, qaralama bir dəftərin üzərindəki kimi yaşamağa başlayır və bu həyat zamanımızı, məqsədlərimizin doğru-düzgün formalaşmasını əlimizdən alır. Hər bir insan individual xüsusiyyətlərə malikdir. Biz bir insanın motivini tapsaq, görə bilərik ki, onun aqressiyası nədən yaranır. O "nədən”i tapdıqdan sonra isə insana çox gözəl alternativlər təklif edəndən sonra, o aqressiya insandan uzaqlaşır. Biz aqressiyanın yaranma səbəblərini daxili ehtiyaclarımızda tapsaq, görərik ki, hər bir millətin özünəməxsus yaşam proqramları var. Bizdə başqa insanlara görə yaşamaq, davranmaq, ailə qurmaq, boşanmaq və s. daha çox rast gəlinir, yəni sosial kompromizm üstünlük təşkil etdikdə insanlar süni şəkildə özlərini cəmiyyətə təqdim edirlər. Hər kəs yaxşı bilir ki, hansı atdığı addım onun üçün doğru, hansı isə yalnışdır. İnsan özlüyündə biləndə ki, etdiyi səhvdir, lakin onu edir, bu hərəkəti öz bəhanələri ilə bəzəyir. Bununla da yenə insanlarda aqressiya formalaşır. İnsanlarda aqressiyanın formalaşması humanizmin aşağı olmasından da irəli gəlir”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib