• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus sürücüsünün şok hərəkətləri – Sərnişinlərin gözü önündə görün nə etdi (VİDEO)

Bakıda avtobus sürücüsünün şok hərəkətləri – Sərnişinlərin gözü önündə görün nə etdi (VİDEO)
29.05.2020 04:08

İctimai nəqliyyatda, xüsusən sərnişin avtobuslarında sürücülər qeyri-etik davranışları ilə tez-tez gündəmə gəlir.
Minval.info xəbər verir ki, bu dəfə Bakıda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən şəxs müəmmalı və təhlükəli hərəkətləri ilə diqqət çəkib.
Belə ki, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb. O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Nəqliyyat vasitəsini idarə edən şəxs sadəcə ara-sıra yola göz gəzdirərək bir az "insaflı” davranıb. Avtobusdakı sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr edib. Bundan əlavə, sürücü nəqliyyat vasitəsinin salonunda olan və insanla qeyri-etik danışıb. Ortaya çıxan mənzərə təxminən saat 11:15 radalərindən 11:30-a kimi davam edib.
Bir məqamı vurğulamaq yerinə düşərdi ki, sürücü hərəkətləri narkotik vasitə istifadə edənləri xatırladırdı. Yol boyu başını kağıza qatıb davamlı olaraq nə isə düzəltmək istəyi bəhs etdiyimiz ehtimalın doğruluğuna dəlalət edir. Təbii ki, bu, sadəcə ehtimaldır və onun konkret olaraq nə etmək istəyi ilə bağlı ortalıqda heç bir fakt yoxdur. Xüsusi olaraq bildirək ki, sürücünün özü onun haqqında belə təsəvvürün yaranmasına səbəb olacaq hərəkətlər edib. Amma hər bir halda onun sükan arxasında bu cür davranışı yolverilməzdir.
Qeyd edək ki, ictimai nəqliyyat vasitəsini idarə edən şəxslər günün əksər hissəsini avtobusda keçirdikləri üçün çox vaxt sərnişinlər onların sükan arxasındakı bəzi neqativ hərəkətlərinə göz yumur. Lakin bu dəfəki mənzərə sürücü ilə birgə avtobusda yola çıxanların da həyatını ciddi təhlükəyə atır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol