• $
  • €
  • ₽
  • ₺
  • £

Nabranda itkin düşmüş uşaq: “Akula axtarırdım” – VİDEO

Nabranda itkin düşmüş uşaq: “Akula axtarırdım” – VİDEO
23.07.2018 19:44
Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzində naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

Anews.az-ın APA TV-ə istinadən xəbərinə görə, 3 yaşlı İsmayıl Novruzov istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında cəngəllikdən aşkarlanıb.
Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Tibbi müayinə zamanı onun hər hansı probleminin olmadığı məlum olub. Bundan sonra azyaşlı valideynlərinə təhvil verilib.

3 yaşlı İsmayılın ilk sözləri bu olub: "Yaxşıyam. Akula axtarırdım. Babamgil üçün darıxmışdım”.

Uşağı ərazidən tapan şəxslər azyaşlının həmin an əynində paltar olmadığını deyiblər: "Biz axtarışa çıxdıq. Marağa dedik gedib baxaq. Uşağı çağırırdım. Bir dəfə cavab verdi. Aşağı düşə bilmədik. Aşağı düşüb kolların arasından keçib çayı keçdik. Qabaqda çayı keçdik o biri tərəfə. Çayda qışqırdıq, cavab vermədi. 30 dəqiqədən sonra Edik deyilən şəxs qışqırdı. Çayın içində qaçıb, gedib gördüm ki, uşaq onu qucağındadır. O dedi uşaq çayın içi ilə yuxarı çıxırdı. Bu mümkün deyil. Biz güclə çıxırdıq. Vəziyyəti yaxşı idi. Burdan yol yox idi ora keçməyə. "Mayak” tərəfə qayıdanda gördük uşağın səsi gəlir. Edikin qucağında idi, əynində heç nə yox idi. O çay belə axır, uşağın əks istiqamətdə getməsi mümkün deyil”.

Xaçmaz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri də ərazidə olublar. Faktla bağlı araşdırmalar aparılır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun tapılması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, uşaq axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17” helikopteri də cəlb olunmuşdu. Axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri tərəfindən aparılıb. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak ediblər.






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol