• $
  • €
  • ₽
  • ₺
  • £

Tanımadığı qadına yardım edən azərbaycanlı Peterburqda boğuldu

Tanımadığı qadına yardım edən azərbaycanlı Peterburqda boğuldu
23.07.2018 20:32
Tanımadığı qadına yardım etmək cəhdi 22 yaşlı azərbaycanlı Nəzir Maksimov üçün faciə ilə bitib.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən istirahət günlərində gənc "Priçal” kafesində işləyən dostunun yanına gəlib.
Elə bu vaxt kafedə üç gənc – iki qız və bir oğlan – istirahətdə olublar. Sifariş verdikdən sonra müştərilər eyvana çıxıblar. Bir neçə saniyədən sonra isə küçədən yardım fəryadı eşidilib.
"Çantamı xilas edin, orda sənədlər var, hər şey ordadı!” – qızlardan biri yalvarırdı.
Bir nəfər soyuq suya daxil olsa da, çayın ortasına çatandan sonra geri dönüb. Şahidlərin sözlərinə görə, qız ətrafdakılara yalvarmaqda davam edib. Uzun müddət üzgüçülüklə məşğul olan Nəzir bu xahişlərə rədd cavabı verə bilməyib.
Nəzirin dostu Samir yerli mətbuata baş verənlər haqqında belə deyib:
"Nəzir əla fiziki formada idi, həmişə idmanla məşğul olurdu və qüvvəsinə əmin idi. Əlbəttə ki, o, qıza yardım etmək istədi.
Futbolkasını çıxararaq çaya baş vurdu. Çantaya çatıb onu başı üzərinə qaldırdı. Ətrafdakılar və qız alqışlamağa başladılar. Amma 5 saniyə sonra Nəzir suyun altında itdi.
Onu əvvəlcə kişilər axtardı. Suya baş vururdular. Amma nəticəsiz. Sonra xilasedicilər gəldilər. Onlar artıq meyiti çıxardılar”.
FHN-də bildiriblər ki, cəsədi 2,5 metr dərinlikdə, sahildən 25 metr kənarda aşkarlayıblar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, soyuqdan qıcolma baş verib, buna görə də üzgüçü sahilə qayıda bilməyib.
Peterburqda artıq Nəzirlə vidalaşıblar. Dostları onun nəşini vətənə göndərmək üçün pul toplayıblar. Nəzir cəmi 6 ay əvvəl Azərbaycandan Peterburqa köçmüşdü.
Çantaya gəlincə isə, onu tapıblar və sahibəsinə qaytarıblar. Şahidlərin sözlərinə görə, o, çantanı götürüb və heç bir söz söyləmədən çıxıb gedib…

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol