• $
  • €
  • ₽
  • ₺
  • £

Yapon dietası ilə 13 günə 12 kq. arıqlamaq olar

Yapon dietası ilə 13 günə 12 kq. arıqlamaq olar
24.07.2018 08:13
Dünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 5-12 kq arıqlamaq mümkündür.

Tibb.az bildirir ki, Yaponiyanın "Yaeks" klinikasında hazırlanmış bu dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək, insanın uzun müddət çəkisinin artmasının qarşısını alır. Yapon xarakterinə uyğun olaraq, bu dieta insanı gündəlik menyuya ciddi yanaşmasını tələb edir. Dietanın 13 günü ərzində şəkər, duz, alkoqol və un məmulatlarından istifadə etmək qadağandır. Gün ərzində qida qəbulu arası qeyri- məhdud miqdarda qaynadılmış və ya qazsız mineral su içmək olar. Dietanı ilk istifadədən yalnız 2-3 il sonra təkrar istifadə etmək olar. Dietanın gündəlik rejimi isə belədir:

1-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

2-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.

3-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari

Nahar: günəbaxan yağında qızardılmış balqabaq

Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında)

4-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

5-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

6-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

7-ci gün


Səhər yeməyi: çay.

Nahar: 200 qr. suda qaynadılmış mal əti, meyvə.

Şam: digər günlərin şam yeməklərindən istifadə etmək olar (3-cu gün istisna olmaqla).

8-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

9-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

10-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

11-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: günəbaxan yağında qızardılmış balqabaq.

Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).

12-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.

13-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

DİQQƏT!!! Əgər siz hər hansı günün rejimini pozsanız, bu nəticəyə də təsir göstərəcək. Bir ərzaqı digəri ilə dəyişmək də mümkündür. Məsələn, əgər siz qəhvə içmirsinizsə onu yaşıl çayla,qaynadılmış kökü çiyi ilə, balqabağı isə badımcanla əvəz edə bilərsiniz. 13 günlük dieta müddəti bitəndən sonra gündəlik qidanızın miqdarını tədricən artırın. İstənilən dietaya başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol