İcra başçısı ağaclara “kislota” tökülən əraziyə getdi

Yasamal Rayon İcra başçısı Əziz Əzizov ağacların dibinə kimyəvi maddə tökülən ərazidə olub.
İcra Hakimiyyətindən "Qafqazinfo”ya bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:
Xatırladaq ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb. Bildirilib ki, ərazidə olan müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ağacların qurudulması məqsədilə diblərinə "kislota” tökülməsi ilə bağlı videogörüntülər də paylaşılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























