• $
  • €
  • ₽
  • ₺
  • £

“Space”in əməkdaşı yarım milyon pul “atıb”

“Space”in əməkdaşı yarım milyon pul “atıb”
29.05.2020 06:45
"Space TV"-nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib. 

"Qafqazinfo”  Baku.ws-ə istinadən xəbər verir ki, axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar "Xəzər TV"-nin əməkdaşı kimi çalışıb, "Space TV"-də yayımlanan "İşimiz var", indi isə "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri olub. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, onlara işə düzəldəcəyi ilə bağlı söz verib, lakin sözünə əməl etməyib. 
Xəbərə görə, V. Ağayev 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən isə "Space TV"yə işə düzəltmək adı ilə pul alıb. Zərərçəkənlər pullarını geri istədikdə isə "bu gün-sabah verərəm", -deyərək vaxtı uzadıb. 

Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon da kreditə götürüb. 

Hətta axtarışa  verilən şəxsin bir zamanlar "Space TV"-də yayımlanan "20-lik realiti şou"-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satdığı da iddia olunur. Onun 19.07.2018-ci il tarixində ölkəni tərk etdiyi, Gürcüstana qaçdığı ehtimal edilir. Təxmini hesablamalara görə, telekanal əməkdaşı yarım milyondan çox pul mənimsəyib. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar. 

Məsələ ilə bağlı telekanalın əməkdaşı faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol