• $
  • €
  • ₽
  • ₺
  • £

Mehman Hüseynov buraxılacaq?

Mehman Hüseynov buraxılacaq?
24.07.2018 18:28
Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.
Anews.az xəbər verir ki, bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib. Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. "Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır".
Bloqçunun vəkili Fuad Ağayev deyib ki, "anasının səhhətində ciddi problemlər olduğu üçün Mehmanın qısa müddətli azadlığa buraxılması" üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.
 
Fuad Ağayev əlavə edib ki, "qısa müddət deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub". Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.
Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, "müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək".



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol