• $
  • €
  • ₽
  • ₺
  • £

Əxlaqsızlıq etdiyinə görə öldürülən qız haqda şok fakt: 3.....

Əxlaqsızlıq etdiyinə görə öldürülən qız haqda şok fakt: 3.....
24.07.2018 20:03
Xəbər verdiyimiz kimi, Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəminində öldürülüb.
 
Həsən Bəy Zərdabi küçəsində baş verən cinayətin təfərrüatları məlum olub.
 
Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.
 
Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.
 
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki,  İ.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib. Bu haqda xəbəri report.az yayıb.
 
AZXEBER.COM-a  məlum olub ki, qətlə yetirilən Aysel 3 uşaq anası imiş. O bundan öncə də 2 dəfə rayondan qaçaraq, Bakıya gəlibmiş. Hər dəfə də atası onu geri qaytarıb. Ayselin həyat yoldaşı isə başqa bir rayonda fəhlə işləyir, o ayda 1 dəfə evinə gəlib-gedirmiş. Məlumata görə, ailəsi Ayseli 3 gün idi ki, axtarırmış. Dünən onu tapan ata qızını qətlə yetirib və özü polisə təslim olub. 


Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol