Nabranda itmiş uşaq oğurlanıbmış

Nabrandakı "Mayak"istirahət mərkəzində itkin düşmüş 3 yaşlı İsmayıl Novruzov tapılsa da ailə üzvləri, yaxınları onun oğurlanması fikrində qalıblar.
İstiPress-in şimal bürosuma uşaq tapılmamışdan öncə uşağın oğurlandığını deyən əmisi Elnur Novruzov yenə həmin fikirdə olduğunu söylədi.
Uşağın babası İsmayıl Novruzov da hesab edir ki, adaşı olan nəvəsi oğurlanıb. Onun sözlərinə görə, axtarışların güclü olması uşaq oğrusunun əməlini yarımçıq qoyub: "İsmayıl oğurlanmışdı - istirahət mərkəzindən. Gördülər ki, aləm qarışıb, orqanlar, camaat axtarır, helikopterlər axtarır, gətirib atıb qaçıblar çayın içinə, çıxıblar aradan".
Baba söylədi ki, hadisədən bütün ailə şok keçirib, istirahətə getmələri onlara böyük stress yaşatdı. İsmayıl Novruzovun sözlərinə görə, nəvəsini bu gün həkimə aparıblar, güclü stress keçirib uşaq, travma da alıb: "Uşağı yerə atanda əzilib, qabırğasında əzilmə var, müalicəyə başlamışıq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























