• $
  • €
  • ₽
  • ₺
  • £

“İşğal edilmiş ərazilər...” - Putinin planı RƏDD EDİLDİ

“İşğal edilmiş ərazilər...” - Putinin planı RƏDD EDİLDİ
25.07.2018 09:30
ABŞ-ın Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker Donbasda referendum üzrə Birləşmiş Ştatların xarici siyasət idarəsinin mövqeyini açıqlayıb.
Publika.az xəbər verir ki, diplomat Ağ Ev administrasiyasının Donbasda referendumun qeyri-mümkünlüyünü artıq təsdiq etdiyini bildirib.
"Ağ Ev artıq bəyanat verdi və bu təklifi rədd etdi”, - Volker "112 Ukrayna” telekanalına müsahibəsində deyib.
Kurt Volker hesab edir ki, Donbasda insanlar Ukraynanın nəzarəti altında olmadan təhlükəli vəziyyətdə yaşayırlar və hərəkət azadlıqları yoxdur:
"İnsanların çox çıxıb gedib. Bu şərtlərdə heç bir referendum qanuni ola bilməz”.

Bundan başqa, Volker növbəti dəfə bildirib ki, ABŞ Ukraynanın şərqində və Krımda vəziyyət üzrə mövqeyini dəyişdirməyib. Onun sözlərinə görə, bunlar Vaşinqton üçün prinsipial məsələsidir.
Xatırladaq ki, "Blomberg” agentliyinin ötən həftə mənbələrə istinadən yazdığına görə, Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib. Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, "respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər. Bildirilirdi ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.

Vladimir Putinin təklifini şərh edən Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin deyib ki, belə addım siyasi və hüquq nöqteyi-nəzərindən qeyri-mümkündür. Ukraynalı nazir qeyd edib ki, Donbasda referendumun keçirilməsi barədə ideyanı Ukraynanın dağıdılması üzrə məşq adlandırıb.
Qeyd edək ki, Ukraynada 2014-cü ilin əvvəlində hakimiyyət dəyişikliyindən sonra – aprel ayında Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna Silahlı qüvvələri arasında döyüşlər başlanıb. Nəticədə Luqansk və Donetsk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb. Kiyev və Qərb Rusiya qoşunlarının Donbasda olduğunu, Ukrayna ərazilərinin faktiki Rusiyanın işğalı altında olduğunu bildirir. Moskva isə münaqişə tərəfi olmadığını, problemin Kiyevlə separatçı qurumlar arasında həll edilməli olduğunu bildirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol