• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə ciddi xəbərdarlıq

Sürücülərə ciddi xəbərdarlıq
29.05.2020 03:00
"Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı nəqliyyat vasitələri ilə 13 hadisə baş verib. Bu hadisələr nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb”.

BiG.AZ xəbər verir ki, bu sözləri Bakı Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinə rəisi Kamran Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.


K.Əliyev kənd təsərrüfatı nəqliyyatı vasitələrinin yollarda hərəkət qaydalarını pozmasının yaratdığı problemlərdən də danışıb:

"Bizi narahat edən məsələ nasaz xarici işıq cihazları olan nəqliyyat vasitələri, arxasında kotan olan traktorların hərəkətidir. Həmin traktorların gecə vaxtlarında hərəkəti tamamilə qadağan edilib. Düzdür, bu nəqliyyat vasitələrin nə üçün avtomobil yolu ilə hərəkət etməsi, habelə bu nəqliyyat vasitələrindəki çatışmazlıqlar bəllidir. Bir kombayn yola çıxanda yolun yarıdan çoxunu tutursa, bu artıq digər nəqliyyat vasitələrinin hərəkətinə problem yaradır”.

K.Əliyev onu da vurğulayıb ki, bu nəqliyyat vasitələrinin texniki sazlığı da ciddi problemdir:

"Sovet dövründə bu nəqliyyat vasitələrinin texniki imkanı tez-tez yoxlanılırdı. Bundan başqa nə qədər traktor sürücüsünü sərxoş halda saxlayırıq. Onlar düşünür ki, onsuz da traktordur, yol polisi saxlamayacaq. Bu sahədə problemlərin qarşısını almaq üçün həmin nəqliyyat vasitələrinə texniki nəzarət məsələsinin yoxlanmasına ehtiyac var. Kənd təsərrüfatı ilə bağlı bizi narahat edən bir sıra məqamlar var. Minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının gətirilməsi də problemdir. Gecə saat birdən sonra yola çıxan və gün ərzində istirahət etməyən insanlar da nəqliyyat hadisələrinin baş verməsinə "şərait” yaradır”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol