• $
  • €
  • ₽
  • ₺
  • £

Öldürülən terrorçular harada dəfn edilməlidir?

Öldürülən terrorçular harada dəfn edilməlidir?
25.07.2018 16:04
Xəbər verdiyimiz kimi, Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə - "Aslanlar” tərəfindən məhv edilib. Bundan öncə isə Gəncə hadisələrinə görə Rəşad Böyükkişiyev də polisə müqavimət göstərdiyi üçün öldürülüb. Öldürülən terrorçular harada dəfn edilməlidir? Onlar üçün ayrıca qəbiristanlıq yaradılmasına ehtiyac varmı?


Bununla bağlı BiG.AZ-a açıqlama verən ilahiyyatçı alim Əkrəm Həsənov bildirib ki, İslam dinində belə bir qayda yoxdur ki, dövlətə və xalqa qarşı baş qaldıran şəxs həbs edilən zaman öldürülərsə başqa bir yerdə dəfn edilsin: "İslam mənbələrində də belə bir qayda yoxdur. Təbii ki, dövlət məmurunu öldürməyə cəhd edibsə, bu dövlətin xüsusi orqanları tərəfindən tapılıb və öldürülübsə o, artıq istənilən yerdə dəfn edilə bilər. Çünki o, öldürülərək layiqli cəzasını alıb. Əlbəttə ki, o tutduğu əmələ və işlədiyi günaha görə axirətdə də Allah onu cəzalandıracaqdır. Bu dünyada cəzasını aldığına görə o, ölkədə olan hər hansı bir qəbiristanlıqda dəfn edilə bilər. Çünki İslam dinində belədir ki, kimsə günah edib öldürülürsə o, bu dünyadakı cəzasını almış olur”. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol