• $
  • €
  • ₽
  • ₺
  • £

Günay İbrahimli jurnalistdən 100 min tələb edir - Sabah məhkəmədir

Günay İbrahimli jurnalistdən 100 min tələb edir - Sabah məhkəmədir
25.07.2018 16:24
Müğənni Günay İbrahimli criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət edib, bu barədə BakuPost-a A.Məmmədov məlumat verib. O bildirib ki, G. İbrahimli ona və keçmiş sponsoru Nuriyyə Əhmədovaya qarşı müştərək qaydada şərəf və layəqətin alçaldılması iddiası ilə 100 min manatlıq təzminat davası açıb. İş Yasamal rayon Məhkəməsində hakim Aytən Mirzəyevanın icraatındadır. Məhkəmə prosesi sabah 11:30-da keçiriləcək. 


Məlumat üçün bildirək ki, N. Əhmədova Günay İbrahimlini dələduzluqda ittiham edib və bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Müğənni isə şikayət əsasında "Bandotdel”ə aparılıb.
 
Faktla bağlı yerli mətbuatda da yazılar dərc edilib. Həmin yazılardan bəzilərini criminal.az saytı tirajlayıb.
 
A.Məmmədov ehtimal edir ki, onun məhkəməyə verilməsinə səbəb saytda Günay İbrahimlinin sevgilisi barədə yazı dərc etməsi olub: "İddia ərizəsində göstərilir ki, onun "Bandotdel”ə aparılması barədə xəbər yaymaqla şərəf və ləyaqətini alçaltmışam, ictimai nüfuzuna xələl gətirmişəm. Amma burada məni məhkəməyə vermək üçün heç bir əsas yoxdur. Çünki həmin xəbərlər başqa saytlarda da yayımlanıb. Mən bu xəbər yayımlanandan sonra ondan şikayət edən Nuriyyə Əhmədovadan açıqlama almışam və o faktı təsdiqləyib. Mənə elə gəlir ki, onun məhkəməyə müraciəti həmin məqamla bağlı deyil. Həmin ərəfədə Günayın sevgilisi Rəşad barəsində də yazmışdım. Mənə elə gəlir ki, Nuriyyə Əhmədova məsələsini bəhanə edib, Rəşada görə məni cəzalandırmaq istəyirlər. Çünki məhkəməyə həmin yazıları da təqdim ediblər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol