• $
  • €
  • ₽
  • ₺
  • £

“Jara”nın təşkilat komitəsi: ""Zara Azərbaycana gələcək və mədəniyyətimizlə tanış olacaq"

“Jara”nın təşkilat komitəsi: ""Zara Azərbaycana gələcək və mədəniyyətimizlə tanış olacaq"
25.07.2018 20:37
"Biz tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona "Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq"
 
"Jara” festivalının Təşkilat Komitəsi Rusiyanın əməkdar artisti Zaranın tədbirdə iştirakına münasibət bildirib.



Təşkilat Komitəsindən APA-ya bildirilib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq Azərbaycan dövlətinin siyasətinin vacib tərkib hissələrindən biridir.


"Bu barədə dəfələrlə ən yüksək səviyyədə bildirilib. Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirən meydançadır. Məlumdur ki, incəsənətlə idman siyasətdən kənar sahələrdir, onlar insanları yaxınlaşdırır, konsolidasiya edir. Bu münasibətlə ölkəmizdə "Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlərin keçirildiyini xatırlatmaq kifayətdir. "Jara” festivalı bu sırada öz layiqli yerini tutub və artıq üçüncü dəfədir paytaxtımızda müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzlarını toplayır. Milliyyətcə kürd olan müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona "Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”, - deyə festivalın Təşkilat Komitəsinin bəyanatında vurğulanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol