• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşasaydı 28 yaşı olardıI .... Aprel şəhidinə ithaf olunur - FOTOLAR

Yaşasaydı  28 yaşı olardıI .... Aprel şəhidinə ithaf olunur - FOTOLAR
26.07.2018 11:22
Baş leytenant Rəşid Mehdiyev Rövşən oğlu 1990-cı ilin 26 iyulda Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi. Salyan rayonu Yuxarı Xalac kənd 2 saylı orta məktəbində təhsil alıb. Çox hazırlıqlı məktəbli idi. Orta təhsilini başa çatdırdıqdan sonra istənilən ali məktəbə daxil ola bilərdi. Lakin Rəşid ali hərbi təhsil almağı, zabit kimi Vətənə xidmət etməyi, erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasında yaxından iştirak etməyi qərara aldı. Bu istəyi reallaşdırmaq üçün 2008-ci ildə Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyaya qəbul oldu. 2011-ci ildə təhsilini başa vurub leytenant kimi Vətənə xidmət etməyə başladı.
 
Üzərinə düşən bütün vəzifələri şərəflə, ləyaqətlə yerinə yetirərək tez bir zamanda baş leytenant rütbəsi aldı. Gəncə N saylı hərbi hissədə tağım komandiri olub. 2016-ci il aprel savaşı zamanı Rəşid ərizə yazaraq könüllü olaraq doyüşlərə qoşulur . Özü topçu olaraq ordumuzun aprelin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklər yaxınlığında ermənilərin bir neçə texnikasını siradan çıxartmışdı. Bu yüksəkliklərin düşməndən azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olur. Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Subay idi .
 
 
Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi. Allah rəhmət etsin. Məkanın cənnət olsun , şəhidim ! Şəhidin ad gününə 2017-il fevral şəhidi Zakir Cəfərovun anası Kəmalə xanım və aprel şəhidi Müşfiq Orucovun atasi Arif müəllim iştirak etmişlər.











www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol