• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda taksi beş avtomobilə çırpılaraq aşdı: xəsarət alanlar var

Bakıda taksi beş avtomobilə çırpılaraq aşdı: xəsarət alanlar var
27.07.2018 09:13
Sabunçu rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, iki nəfər xəsarət alıb.


Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb.


Belə ki, 90 PS 889 dövlət qeydiyyat nişanlı "Changan" avtomobili idarə edən 34 yaşlı Tural Abdullayev sərt döngədə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Nəticədə onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilin sol təkəri səkiyə dəyərək qırılıb. Avtomobil yol kənarında dayanan "Toyoto" , "Nissan" , "Vaz 21011" , "Azsamand" və "BMW" markalı avtomobillərə çırpılıb. T. Abdullayevin idarə etməsindən çıxan "Changan" daha sonra bir neçə dövrə vuraraq aşıb. 


Yol nəqliyyat hadisəsi zamanı "Changan" markalı avtomobilin sürücüsü T.Abdullayev və sərnişini 28 yaşlı Babək Hüseynovağır bədən xəsarətləri alıb.


Hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Baş vermiş qəza ilə bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə zamanı zərər dəymiş avtomobillər araşdırmalar bitənədək cərimə meydançasına yerləşdirilib.


Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol