• $
  • €
  • ₽
  • ₺
  • £

Abituriyentlər bu fənnin suallarından “qan ağlayırlar” - İmtahan təəssüratları

Abituriyentlər bu fənnin suallarından “qan ağlayırlar” - İmtahan təəssüratları
27.07.2018 18:02
II-III ixtisas qruplarına salınan suallar, ilk imtahanla arasında fərqləri öyrənmək üçün AzEdu.az abituriyentlər arasında sorğu keçirib.

Sorğuda iştirak edənlər biri,  II ixtisas qrupu üzrə imtahan verən Qulami Nicat bildirib ki, ötən imtahana nisbətən bu imtahan sualları daha çətin idi:

"Coğrafiya fənninin sualları bu dəfə daha çətin düşmüşdü. Tarixdə  isə abituriyentləri iki variant arasında qoyan suallar var idi. Daha asan isə riyaziyyat üzrə suallar idi”.

III ixtisas qrupu üzrə imtahan verən Səfər Dadaşov da deyib ki,  ötən imtahan daha asan idi:

"Azərbaycan dili və riyaziyyat fənləri bu dəfə daha asan idi. Amma ədəbiyyat və tarix fənləri çətin düşmüşdü. Buna baxmayaraq, məqsədim Turizm Universitetidir.  Mənim bu dəfə hesabladığım bal istədiyim yerə düşməyimə kifayət edir”.

II qrup abituriyenti Nərgiz Əzizli bildirib ki, Coğrafiya fənnindən suallar çətin idi:

"İngilis dili çox asan, riyaziyyat orta səviyyəli, Azərbaycan dili də asan idi. Uşaqların əksəriyyəti coğrafiyanı yaza bilməyib. İndiki ağlım olsaydı, birinci imtahana düşən sualları rahat yazardım. Hamı coğrafiyadan  "qan” ağlayır”.

Mirhikmət İsmayılzadə də II ixtisas qrupu üzrə imtahan verib. O da imtahanın çətin olduğunu bildirib:

"Suallar birinci imtahana nisbətən daha çətin idi. Ən əsas da coğrafiya fənni çətin salınmışdı. Əsas fənnin bu qədər çətin düşəcəyini gözləmirdim. Qaranlıq qalan suallar isə çox idi. Düşünürəm ki, balını qaldırmaq istəyən abituriyentlər üçün bu imtahan yaxşı keçməyib".

Qeyd edək ki, 26 iyulda II-III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.

İmtahanda  iştirak üçün 31904 abituriyent qeydiyyatdan keçib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol