Bu gecə dünya dəyişəcək: son əsrin ən böyük olayı və "İncil"dəki fəlakət qeydi

Bu gecə Yer kürəsi xüsusi bir təbiət hadisəsini müşahidə edəcək. Qanlı Ay tutulması və Marsla Yer qarşıdurması yaşanacaq. Bu son yüz ilin ən uzun Ay tutulması olacaq. Alimlər bu günlə bağlı müxtəlif iddialar irəli sürür.
Publika.az xəbər verir ki, Hollandiyalı zəlzələ mütəxəssisi Frank Hoogerbeets bu gecə yaşanacaq hadisələrdən sonra 6 və ya 8 bal gücündə zəlzələ baş verə biləcəyini bildirib.
Xristianların müqəddəs kitabı "İncil"də də "Ay qan rənginə bürünəndə fəlakət əlamətləri başlayacaq”, - deyə yazılıb.
Qanlı Ay tutulması ən yaxşı Yaxın Şərq, Qərbi Afrika və Qərbi Asiyada izləniləcək. Ay Yerin kölgəsində qalanda Ay tutulması baş verir. Ay saatda 3456 km sürətlə hərəkət etdiyinə görə Ay tutulması təxminən 40 dəqiqə davam edir. Günəş işıqları Yerə düşdüyünə görə Ay tamamilə qeyb olmur. Dünyaya düşən işıqlar mavi rəngi udub, qırmızı rəng əks etdirdiyinə görə Dünyanın kölgəsi də qırmızı olur.
Adətən, ildə iki dəfə Ay tutulması baş verir, nadir hallarda heç tutulma olmur və ya ildə üç dəfə baş verir. Bu dəfə baş verəcək tutulma isə ilin ən uzun Ay tutulması olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























