• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncənin deputatı şəhərdəki vəziyyətdən danışdı…

Gəncənin deputatı şəhərdəki vəziyyətdən danışdı…
27.07.2018 21:59
"Hazırda Gəncədə durum sakitdir, həyat öz axarı ilə davam edir. Ciddi gərginlik və ya hər hansı problem müşahidə edilmir”.
Anews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Gəncə şəhərinin deputatı Musa Quliyev Modern.az saytına açıqlamasında deyib:
"Hüquq-mühafizə orqanları da öz işlərini görürlər. Və vaxtaşırı təxribatı törədənlərin məhv edilməsi ilə bağlı cəmiyyətə məlumat verilir. Hər şey qaydasındadır”.
Deputat həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən də söz açıb:
"Elmar Vəliyevin qohumlarının verdiyi məlumata görə, onun səhhəti yaxşıdır. Müalicəsi plana uyğun davam edir”.
Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İyulun 10-da isə Gəncədə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydanda kütləvi iğtişaş törədilib. Lakin polis əməkdaşları bu cəhdin qarşısını alıblar.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol