Azərbaycanda itkin düşən çobanın meyitinin görüntüləri yayıldı - FOTOLAR

Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib.
anews.az apa-ya istinadən xəbər verir ki, Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti mürəkkəb relyefli yüksək dağ massivindən endirilərək rayon mərkəzinə gətirilib.
Fövqəladə Hallar Nazirliyi də bununla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə gətirilib. Müayinə işi başa çatdıqdan sonra meyit ailəsinə təhvil veriləcək.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























