• $
  • €
  • ₽
  • ₺
  • £

"Düşmənə ağır zərbələr vurulacaq" - General

"Düşmənə ağır zərbələr vurulacaq" - General
29.07.2018 09:38
Düşmən cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Bu gün ağır artilleriyadan atəş açmağa başlayıb.


Bunu azvision.az-a hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərini şərh edərkən deyib.


"Hər dəfə qeyd etdiyimiz kimi Ermənistanda sabitlik yoxdur. Sarkisyan öz hakimiyyətini qorumaq üçün belə addımlar atır. Ölkədə etiraz edənlərə bununla bildirilir ki, cəbhədə vəziyyət gərgindir, siz də stabilliyi pozmayın. 


Azərbaycan ordusu bu günə qədər düşmənin bütün təxribatlarının qarşısını alıb. Belə təxribatlar davam etdikcə ordumuz düşmənə aprel döyüşlərindən daha ağır zərbələr endirəcək. Bütün bunlar ermənilərin fəlakətinə gətirib çıxara bilər. Düşmən təxribatları davam etdirsə, onlara vurulan zərbələr aprel döyüşlərindən qat-qat çox olacaq".


Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.


Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.


Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol