Ramil Usubov rəisi işdən azad etdi

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub.ANN.Az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrinə əsasən, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi Qabil Tağıyev tutduğu vəzifədən azad edilib.Nazirin başqa bir əmri ilə Nizami Rayon Polis İdarəsinin rəis müavini İzzət Əsgərov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























