• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxə orden verildi

Şeyxə orden verildi
17.11.2014 09:17
Dini tolerantlığın möhkəmləndirilməsi layihəsi çərçivəsində “Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransın iştirakçılarının şərəfinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ziyafət verilib.ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski mərasimdə çıxış edərək bildirib ki, konfransda Azərbaycandakı tolerantlıq modeli müzakirə ediləcək, ATƏT məkanında tolerantlığa dair çağırışlar olacaq.Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkəmizdəki tolerantlıq mühitindən bəhs edib. Səfir bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni ilə təltif edib. Səfir N.Pastkeviç ordeni Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təqdim edib.Şeyxülislam Allahşükür Paşazadə fəaliyyətinə verilən belə yüksək qiymətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, orden Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymətdir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol