• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın məmur qardaşları – Siyahı

Azərbaycanın məmur qardaşları – Siyahı
29.05.2020 01:05
Ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul dövlət məmurlarının həyatı ictimai diqqət çəkir. Əslində burada qəribə bir şey də yoxdur. Bir insan məşhurdusa, yüksək dövlət vəzifəsi daşıyırsa, ictimaiyyətin onun həyatına, ətrafındakı insanlara maraq göstərməsi təbiidir.

Anews.az azxeber.com-un Azərbaycanda yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırmasını təqdim edir.
Araşdırma nəticəsində məlum olub ki:

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qardaşdır. Əhməd Əhmədzadənin 73, Mübariz Əhmədzadənin isə 71 yaşı var. Ə.Əhmədzadə 12, M.Əhmədzadə isə 9 ildir eyni vəzifəni daşıyır.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Milli Məclisin deputatı Malik Həsənov qardaşdır. Kərəm Həsənovun hazırda 49, Malik Həsənovun isə 47 yaşı var. İddialara görə, M.Həsənov paralel olaraq qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ölkənin ən böyük tikinti şirkətlərindən olan "Azinko”nun sahibidir.

Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevqardaşdır. Xanlar Vəliyevin 63, Elmar Vəliyevin isə 58 yaşı var. E.Vəliyev bir müddət öncə sui-qəsdə məruz qalsa da, hazırda səhhəti yaxşıdır və müalicəsini davam etdirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Milli Məclisin deputatı Cavanşir Paşazadəqardaşdır. Şeyxülislamın 69, C.Paşazadənin isə 65 yaşı var. Hələ sovetlər dönəmindən bütün Qafqazın Şeyxi statusunu qoruyan A.Paşazadə tarix elmləri doktoru, professordur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tarıyel Qurbanov qardaşdır. Mübariz Qurbanlının 64, Tarıyel Qurabanovun isə 59 yaşı var. M.Qurbanlı eyni zamanda hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavinidir.

Xatırladaq ki, vaxtilə yüksək vəzifə daşımış sabiq məmurlar arasında da qardaşlar az olmayıb.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Milli Məclisin keçmiş deputatı Elton Məmmədovla, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev "Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyevlə, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli NağıyevSəbail rayon Polis İdarəsinin keçmiş rəisi Nazim Nağıyevlə, sabiq Təhsil naziri Misir Mərdanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbərinin müavini İlham Mərdanovla qardaşdırlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol