• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq
16.11.2014 17:30

Həftənin ilk iş günü Azərbaycanda hava küləkli və soyuq olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.

Gecə və gündüz 8-10° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi normadan yüksək olacaq, 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.

Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, arabir 20-25 metrədək güclənəcək.

Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-28 metrədək güclənəcək.

Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək.

Gecə 0-5°, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 23-27 metrədək güclənəcək.

Temperaturun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq. Səhər dağlarda duman olacaq.

Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, arabir güclənəcək.

Gecə 8-10°, gündüz 10-13° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Trend

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol