• $
  • €
  • ₽
  • ₺
  • £

"İntihar körpüsü"nə nəzarət edən polislər cəzalandırılacaqmı?

"İntihar körpüsü"nə nəzarət edən polislər cəzalandırılacaqmı?
30.07.2018 16:54
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında 1969-cu il təvəllüdlü, Tovuz rayonunda doğulan fəhlə Əhmədov Yaşar Məmmədəli oğlu "Koroğlu"
metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihara cəhd edib. Bu isə yenidən müzakirələrə səbəb olub. Belə ki, bir zamanlar sözügedən ərazidə intensivləşən intihar hallarının qarşısını almaq məqsədilə həmin körpü yaxınlığında mühafizə postu qurulsa da intihara cəhd hadisəsi yenidən təkrarlanıb. Baş nazir Novruz Məmmədovun zəngi nəticəsində intihara cəhd edən şəxs fikrindən daşınıb və xilas edilib.

Əgər həmin ərazidə polis postu qurulmuşdusa, bu gün səhər saatlarında vətəndaş Əhmədov Yaşar Məmmədəli oğlu körpüyə necə çıxa bilib? Həmin əraziyə nəzarət edən polislər cəzalandırılacaqmı?

BiG.AZ xəbər verir ki, bununla bağlı bizimyol.info Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. O isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə açıqlamasında məzuniyyətdə olduğunu, hadisədən məlumatsız olduğunu bildirib: "Mən işlə bağlı bir neçə gün işdə olmayacağam. Mümkünsə, intihar hadisələri ilə bağlı prokurorluqla əlaqə saxlayın. İntihar hadisələrinə prokurorluq orqanları cavabdehdir. Polislərlə bağlı isə heç nə deyə bilmərəm, məzuniyyətdəyəm deyə bu gün baş verən hadisədən xəbərsizəm".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol