• $
  • €
  • ₽
  • ₺
  • £

204 nömrəli avtobusların “şou”su - VIDEO

204 nömrəli avtobusların “şou”su - VIDEO
29.05.2020 01:02

Bakıda sərnişin avtobuslarının hər gün yol hərəkəti qaydalarını kobud şəkildə pozması, ölümlə nəticələnən qəzalar törətməsi artıq adiləşib. 

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, avtobus sürücülərinin sərnişinlərlə kobud davranması, avtobusların qapılarının açıq şəkildə idarə olunması, sərnişinlərin həyatının riskə atılması  kimi hallar da tez-tez gündəmə gəlir. Nəqliyyat Nazirliyi şəhər nəqliyyatında heç cür qayda-qanun yarada bilmir və vaxtaşırı olaraq hansısa ağır qəzadan sonra keçirilən reydlərə baxmayaraq çox keçmədən bu sahədə hər şey yenidən əvvəlki axarına dönür.

Paytaxtın sərnişin nəqliyyatındakı özbaşınalıqlar və kobud qayda-qanun pozuntuları sərnişinləri o qədər bezdirib ki, indi onlar özləri bu problemlə mübarizəyə başlayıblar. Hələlik sosial şəbəkələr üzərindən.

Belə ki, sadaladığımız problemlərdən əziyyət çəkənlər arasında meetronun Koroğlu stansiyasından Ramanı kəndinə işləyən 204 nömrəli marşurutun sərnişinləri də var. Bu sərnişinlərin bir qrupu hər gün üzləşdikləri problemləri gündəmdə saxlamaq, ictimaiyyətlə paylaşmaq üçün sosial şəbəkədə bir araya gəliblər.

Onlar facebookda yaratdıqları “204 sərgüzəştləri” səhifəsində bu marşrutda işləyən avtobuslardan istifadə edərkən qarşılaşdıqları problemləri lentə alaraq paylaşırlar.

Məsələn, videolardan birində 204 saylı marşrutda işləyən avtobusu hansısa dəryada qərq olan görürük.  Ancaq tələsməyin, kadrlarda gördüyünüz Xəzər dənizi, yaxud hansısa göl deyil,  Sabunçu vağzalının qarşısıdır.  Güclü yağışlardan sonra Sabunçu vağzalının qarşısı əsl gölə, dəryaya çevrilir və belə görünür ki, həmin günlərdə Ramanının  palçıqlı yollarından keçərək “Koroğlu” metrosuna doğru hərəkət edən 204 nömrəli marşrutun avtobusları bu göldən “moyka” kimi də istifadə edirlər.

Sərnişinlərin paylaşdıqları digər fotoda isə 204 saylı marşrutda işləyən avtobusun tam yolsuzluq şəraitində, öz ekstremallığına görə Paris-Dakar avtorallisinin marşrutunu xatırladan yerlə necə əzabla irəlilədiyinin şahidi oluruq.

Səhifədə yer alan başqa görüntüdə isə 204 saylı marşrutda işləyən avtobus metronun Koroğlu stansiyasından üzü Sabunçuya tərəf şosse yolda, ağzınadək sərnişinlə dolu vəziyyətdə və qapıları açıq şütüyür. Sərnişinlər qapılardan sallanıblar, onların arasında hətta pəncərədən sallanan da var.

Qafqazinfo

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol