Oqtay Şirəliyevdən şəkərli diabet xəstələrinə aid sərəncam

Səhiyyə naziri Oqtay Şirəliyev "Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.
Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, sərəncamda "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə Nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.
Tədbirlər planına diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























