• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəng xəstəliyindən ölən sənətkarlarımız - SİYAHI

Xərçəng xəstəliyindən ölən sənətkarlarımız - SİYAHI
02.08.2018 10:24
Çoxlarının "Toppuş bacı” kimi tanıyıb sevdiyi əməkdar artist Tünzalə Əliyevə xərçəng xəstəliyindən əziyyət çəkir. Bu barədə "Həyat” Fondunun rəhbəri, tanınmış aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən, bu xəstəliyə qurban gedən aktyor və aktrisalarımız  az olmayıb.

Anews.az modern.az-a istinadən həmin sənət adamlarını təqdim edir.

Azərbaycan Televiziyasının aparıcısı, diktor  Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkib. O, iyunun sonunda Türkiyədə bağırsağından da əməliyyat olunub. Diktor 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti, aktyor  Fuad Poladov Milli Onkologiya Mərkəzində müalicə alırdı. Onun səs tellərində problem yaranmışdı və danışmaqda çətinlik çəkirdi. Aktyor 5 may 2018-ci ildə vəfat edib.

Sovet və Azərbaycan kino və teatrının əvəzedilməz aktyoru, əməkdar artist Hamlet Qurbanov da uzun müddət xərçəng xəstəsi olub. Aktyor 1995-ci ildə, 55 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Aktyor öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.

Əməkdar artist Coşqun Rəhimov neçə illərdir qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova uzun müddət süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında bu xəstəlik səbəbilə dünyasını dəyişib.

Əməkdar artist Kübra Əliyeva da uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkib. Ağır əməliyyatlar keçirən K.Əliyevanın müalicələri hazırda da davam edir. Aktrisa hətta müalicəsi zamanı saçlarını da tamamilə qırxdırmağa məcbur olmuşdu. Eyni zamanda onun döşlərinin ikisini də amputasiya olunub.

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov dünən dünyasını dəyişib. 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu. O da xərçəng xəstəliyindən əziyyət çəkirdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol