Rusiyada azərbaycanlılar döyüldü

Moskvada restoranın ziyarətçiləri və işçiləri arasında kütləvi dava olub, nəticədə azərbaycanlılar xəsarət alıblar.
Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər yaralanıb.
Bunlar 35 yaşlı dağıstanlı, 30 və 33 yaşlı azərbaycanlılardır. Onlar xəstəxanaya yerləşdiriliblər.
Kütləvi davada 10 nəfər iştirak edib. Qarşıdurmanın qarşısını hadisə yerinə gələn polisin sayəsində dayandırmaq mümkün olub. Davada iştirak edənləri bir-birindən aralamaq üçün polis əməkdaşı xidməti silahından havaya üç xəbərdarlıq atəşi açıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























