• $
  • €
  • ₽
  • ₺
  • £

Qətlə yetirilən gənc xanəndələr haqda faktlar - VIDEO

Qətlə yetirilən gənc xanəndələr haqda faktlar - VIDEO
02.08.2018 14:13
Xəbər verdiyimiz kimi, ötən gün gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynov faciəli şəkildə qətlə yetiriliblər.
 
Kult.az xəbər verir ki, xanəndə Miryusif Mirizadə 30 iyul 1989-cu ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili alıb. O, 2015 Televiziya Muğam Müsabiqəsinin laureatı olub.
 
Xalq artisti Arif Babayev Miryusif Mirizadənin onun tələbəsi olduğunu deyib:
 
"Miryusif həddən artıq tərbiyəli oğlan, yaxşı xanəndə, çox istedadlı gənc idi. Xəbəri eşidəndən özümə gələ bilmirəm. Miryusif çox gözəl xanəndə idi”.
 
Bu gün səhər saatlarında Qarabağ kanalında meyiti aşkar edilən digər xanəndə Novruz Hüseynov isə 1990-cı il may ayının 3-də Ağdam rayonunda dünyaya gəlib. O, Bakı Mədəni Maarif Texnikumunda, Bakı Humanitar Kollecində və Milli Konservatoriyada təhsil alıb. 2015-ci ildə Azərbaycan Televiziyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Televiziya Muğam Müsabiqəsinin iştirakçısı olub.
 
Qeyd edək ki, ötən gün M.Mirizadə və N.Hüseynovun Ağcabədi-Bərdə yolunda qəzaya düşməsi ilə bağlı xəbər yayılıb. Lakin sonradan M.Mirizadənin 14 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub. Novruz Hüseynov haqda əvvəlcə məlumat almaq mümkün olmayıb. Bu gün isə onun meyitinin tapılması haqda xəbərlər yayılıb.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol