• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücünü təqib etməyib - DİN-dən cavab

Yol polisi sürücünü təqib etməyib - DİN-dən cavab
02.08.2018 17:44
Daxili İşlər Nazirliyi Şirvan şəhərində yol polisinin təqibi nəticəsində sürücünün qəza törmətməsi barədə vətəndaşın müraciəti ilə bağlı açıqlama yayıb.
 
Nazilriyin Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyul ayının 25-də Hacıqəhrəmanlı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi barəsində məlumat təhrif olunub:
 
"Həmin gün Şirvan Şəhər Polis Şöbəsi Yol Patrul Xidməti bölməsinin əməkdaşları rayonun Hacıqəhrəmanlı qəsəbəsi ərazisində xidməti vəzifələrini yerinə yetirərkən arxadan yüksək sürətlə hərəkət edən "Mersedes” markalı 99-GG-921 dövlət qeydiyyat nömrə nişanlı avtomobil YPX maşınının sağından ötmə əməliyyatı apararaq yolun kənarına çıxmış və nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb. Yəni,  YPX-nin əməkdaşları avtomobilin sürücüsü Salyan rayon sakini Fikrət Ağarzayevi təqib etməyib.  Məsələ ilə əlaqədar olaraq dərhal  Şirvan ŞPŞ YPX bölməsinin əməkdaşları hadisə yerinə gələrək, qəza nəticəsində xəsarət alan sürücü və sərnişinlərə köməklik göstərib, onları  xəstəxanaya çatdırıblar. 
 
Daha sonra sürücü Fikrət Ağarzayev Şirvan Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən alkotester müayinəsindən keçirilib və onun orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Araşdırmalar zamanı F.Ağarzayev öz  izahatında avtomobili sərxoş vəziyyətdə idarə etdiyini  səmimi etiraf edib”.

Hazırda faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
 






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol