Sabah hava necə olacaq?

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən məlumatına görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcəyi, noyabrın 17-18-19-da gündüz saatlarında 8-10 dərəcə isti olacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Noyabrın 16-da qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi gözlənilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























