Nuridə Allahyarova xahiş etdi: Pozuntu varsa...

Bakı Beynəlxalq Avtovağzal Kompleksində daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova qeyd edib. O bildirib ki, sərnişinlər rastlaşdığı qanun pozuntuları ilə bağlı müvafiq qurumlara müraciət edə bilərlər:
"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etdiyiniz biletlər vasitəsilə növbəlilik prinsipinə əməl etdiyiniz üçün və kənar şəxslərin qeyri-qanuni daşımalara süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermədiyiniz üçün təşəkkür edirik. Sizdən xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldiyiniz halda NRYTN-nin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli qaynar xətlərinin operatorlarına, BBAK-ın mətbuat katibi Yaşar İsakova və elə şəxsən mənə məlumat verəsiniz. Məlumat verəcəyiniz faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirməyiniz rica edilir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























