• $
  • €
  • ₽
  • ₺
  • £

“Gənclərimiz bizdən uzaqlaşaraq, cihad adı ilə başqa ölkələrə yollanırlar”

“Gənclərimiz bizdən uzaqlaşaraq, cihad adı ilə başqa ölkələrə yollanırlar”
29.05.2020 04:03
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının bu gün növbəti - dördüncü buraxılışı olub.QMİ-dən APA-ya verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, kursların fəaliyyəti Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirilir. Bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirən QMİ sədri təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilərin qarşısında böyük öhdəliklər olduğunu, müqəddəs İslam dininin cəmiyyətimizə doğru-düzgün çatdırılmasının vacibliyini vurğulayıb: “İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, hələ də bəzi gənclərimiz bizdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar”.Şeyxülislam təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib. Sonra QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev müdavim-ruhanilərə öz tövsiyələrini verib. Daha sonra din xadimlərinə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub. Tədbirdə QMİ sədrinin müavini Hacı Fuad Nurullah, QMİ-nin Aparat rəhbəri Simran Həsənov, QMİ-nin Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov və digərləri də iştirak ediblər. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol