• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı gənclər Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda... + FOTOLAR

Rusiyalı gənclər Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda... + FOTOLAR
03.08.2018 15:59
İyulun 24-31-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
 
Gənclər və İdman Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib. Nümayəndə heyətinin üzvləri Gənclər və İdman Nazirliyində olub, gənclər və idman nazininin müavini İntiqam Babayevlə görüşüblər. Görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər.

 
Qonaqlar tərəfindən gənclər siyasəti ilə bağlı verilmiş suallar ətraflı cavablandırılıb. Moskva şəhəri Mədəniyyət departamentinin direktor müavini Vladimir Filippov səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib. Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi İdarə heyətinin üzvü Emin Hacıyev də iştirak ediblər. Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.

Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramovla görüşü keçirilib, Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Moskva Hökumətinin Xarici İqtisadi və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini hər iki ölkə və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.
Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva şəhər Mədəniyyət departamentinin əməkdaşı Artur Şukurovski, "Road to Moscow” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər.

Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət edərək Heydər Əliyev Muzeyi ilə tanış olublar. Burada qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey barəsində geniş məlumat verilib. Daha sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzindəki "Azərbaycan inciləri” və "Mini Azərbaycan” sərgiləri ilə də tanış olublar.

Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib, səfər təəssüratları ilə bölüşərək, ona xatirə hədiyyələrini təqdim ediblər.

Növbəti günlər qonaqlar JARA-2018 Beynəlxalq Müsiqi Festivalının açılışında iştirak edib, Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şirvanşahlar sarayı, İçərişəhər ilə tanış olublar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol