• $
  • €
  • ₽
  • ₺
  • £

AYB-dən Elmira Axundova ilə bağlı – Bəyanat

AYB-dən Elmira Axundova ilə bağlı – Bəyanat
03.08.2018 16:49
Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurası son vaxtlar millət vəkili, Xalq yazıçısı Elmira Axundovaya qarşı aparılan kampaniya ilə bağlı bəyanat yayıb.

Kult.az bəyanatın mətnini təqdim edir:

"Görkəmli qələm sahibi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova Yazıçılar Birliyinin Ağsaqqallar şurasının da üzvüdür. Son zamanlar bəzi mətbuat səhifələrində və saytlarda yazıçı-deputata qarşı yönəlmiş qaralama kampaniyasına öz münasibətmizi bildirməliyik. İstedadlı publisist Elmira Axundova həmişə dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın təbliğinə, mənəvi dəyərlərimizin qorunmasına xidmət edib. Onun fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev, "Elmira Axundova çox dəyərli bir insandır” – demişdi.

Ulu Öndərə minnətdarlığını və sədaqətini Elmira Axundova Heydər Əliyevə həsr olunmuş çoxcildliklərində ifadə etmiş və bu kitablar bir çox xarici ölkədə də nəşr edilmişdir. Görünür müəyyən qüvvələr bütün bunları Elmira xanıma bağışlaya bilmir və onu hər cür ləkələməyə çalışırlar. Mediada yer alan faktlarda həqiqət varsa, mətbuata yox, məhkəmə-istintaq orqanlarına müraciət edilməliydi. Məhz ancaq müəyyən media vasitələrindən istifadə olunması belə faktların həqiqətə uyğun olmamasına dəlalət edir. Şübhəli və qanunsuz yollarla əldə edilmiş, montaj olunmuş kompramatlardan istifadə edilərək ictimaiyyətə süni sensasiya təqdim olunur. Elmira xanıma yönəldilən ittihamlara hüquq daxilində qiymət verilməlidir. Məhkəmənin qərarı olmadan nüfuzlu ziyalıya, deputat-yazıçıya qarşı belə qaralama, ləkələməli kampaniyası fikrimizcə yolverilməzdir.

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası həmkarımız, Xalq yazıçsı, Şuramızın üzvü Elmira Axundovaya qarşı bu çirkin kampaniyaya son qoyulmasını tələb edir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol