• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli formaları neçəyə olacaq?

Məktəbli formaları neçəyə olacaq?
03.08.2018 18:42
"Bakı Tikiş Evi" (BTE) ASC yeni dərs ili üçün məktəbli formalarının qiymətlərini açıqlayıb.


Qaynarinfo xəbər verir ki, bu barədə Unikal.org-a BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, qiymətlər ölçülərə görə dəyişəcək. Əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərə jiletlər satılmayacaq: 


"Elə valideynlər olurdu  ki, övladına pencək, şalvar götürür, jilet almaq istəmirdi. Bu da müəyyən narazılıqlara səbəb olurdu. Bunun üçün yeni tədris ilində məktəblilərə jilet geyinmək məcburi olmayacaq. Daha bir dəyişiklik isə, əvvəllər məktəbli geyimlərini dəst satılırdısa, bu il üçün hər geyimin öz qiyməti əsasında tək-təkdə satılacaq. 


Qiymətlər isə aşğıdakı kimidir: 


Köynək - 8 manat, 


Şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat, 


Pencək – 25 manat,


Yubka – I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat,


Jilet – 8 manat (aşağı siniflər üçün sifariş verilməyib. Böyük siniflər üçün bazada qaldığından valideyinlər sifariş verə bilərlər”.


Etibar Əzimov geyimlərin əldə edilməsi ilə bağlı valideynlərə də müraciət edib: 


"Dərzilər məktəblilər üçün kifayət qədər geyim tikiblər. Artıq valideynləri sentyabra qədər gözləməməyə və növbələrdə vaxt itirmək üçün indidən məktəbli paltarını almalıdırlar. Hazırda gündəlik hər mağazadan 4-5 dəst geyim satılır. Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinifə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır”. 


Qeyd edək ki, Etibar Əzimovun çıxışına nəzər salsaq, belə çıxır ki, 1 şagirdə məktəbli forması almaq ayaqqabısız aşağı sinifə 48 manat, yuxarı sinifə 51 manata başa gələcək. Yuxarı sinif şagirdlərinə əgər jiletdə almaq istəsələr bunun da qiyməti 8 manat olacaq.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol