• $
  • €
  • ₽
  • ₺
  • £

Yoxsul ailələrə Xoş xəbər!

Yoxsul ailələrə Xoş xəbər!
14.11.2014 13:09
 Azərbaycanda ünvanlılıq prinsipi əsasında yoxsul ailələrdə körpə və erkən yaşlı uşaqlar üçün pulsuz uşaq qidası veriləcək.ANN.Az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub ki, ünvanlılıq prinsipi əsasında yoxsul ailələrdə körpə və erkən yaşlı  uşaqlar üçün pulsuz uşaq qidasının verilməsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər mütəmadi olaraq Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunacaq.Layihədə uşaqların ana südü ilə qidalandırılmasının əhəmiyyəti barədə ictimai maarifləndirmənin, uşaq qidasının istehsalı üzrə milli sənaye potensialının yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi, uşaq təhsil-tərbiyə müəssisələrinə gedən uşaqların qidalanmasına, sağlamlığının möhkəmləndirilməsinə və xəstələnmə hallarının azaldılmasına yönəldilən tədbirlərin təşkilinə nəzarətin gücləndirilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, suyun və havanın çirklənməsinin azaldılması, ətraf mühitin sağlamlaşdırılması sahəsində beynəlxalq və Avropa standartları əsasında (İSO, Codex Alimentarius, CEN) milli standartların hazırlanması və tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, əhali, xüsusilə yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği üzrə Tədbirlər Planının hazırlanması və həyata keçirilməsi, əhalinin sağlam həyat tərzi və özünü qoruma məsələləri ilə bağlı fasiləsiz təhsil və gigiyenik tərbiyələndirmənin təmin edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikası məqsədilə mühazirələrin aparılması, sosial çarxların çəkilməsi, təhsil müəssisələrində xüsusi reydlərin keçirilməsi, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlərin aparılması proqramda əks olunub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol