• $
  • €
  • ₽
  • ₺
  • £

Rafiq Hüseynovun qızı atasının arzusunu yerinə yetirdi

Rafiq Hüseynovun qızı atasının arzusunu yerinə yetirdi
06.08.2018 12:51
"Leyli artıq tələbə adını qazanıb. Rəssamlıq Akademiyasının Qrafika fakultəsinə qəbul olunub. Bu fakultədə oxumaq hamımızın arzusu idi”. 

"Qafqazinfo" xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova övladının tələbə adını qazanmasına münasibət bildirərkən deyib.

Səbinə Hüseynova bildirib ki, Leylinin bu peşəni seçməsi atasının çoxdankı arzusu idi.

"Rafiq sağlığında Leylini rəssam görmək arzusunda idi. Hətta  sağlığında zamanı tələsdirirdi ki, Leylini rəssam görə bilsin. Həmişə deyirdi ki, "Leyli bircə tez böyüsəydi, onu rəssam görərdim”. Təəssüf ki, həyat biz istədiyimiz kimi olmur. Bu da bir qismətdir. Şükürlər olsun ki, Leyli atasının arzusunu gerçək edə bildi”.

Mərhum diktorun xanımı qızının gələcək planlarından da söz açıb.

"Leyli  hər 3 qabiliyyət imtahanından 10 bal aldı. İmtahanlarda yüksək nailiyyət əldə etdiyinə görə Leyli də, mən də çox sevinirik. Leylinin təhsili ilə bağlı arzuları böyükdür. Azərbaycan Rəssamlıq Akademiyasında təhsilin səviyyəsi çox güclüdür. İnşallah ki, Rəssamlıq Akademiyasında oxusun, gələcəkdə potensialından istifadə edər. Leylinin akademiyaya qəbul olunmasından sonra bir çox insanlar bizə zəng edib təbrik etdi. Hər kəs sağ olsun ki, Rafiqin övladının uğuruna sevinclə yanaşdılar”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol