• $
  • €
  • ₽
  • ₺
  • £

45 yaşına çatmayan azərbaycanlı məşhurlar

45 yaşına çatmayan azərbaycanlı məşhurlar
06.08.2018 16:56
Xəbər verdiyimiz kimi, məşhur rep ifaçısı Anar Nağılbaz vəfat edib. Ailə üzvlərinin bildirdiyinə görə, ifaçı qəflətən özünü pis hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib.

44 yaşında dünyasını dəyişən Anar Nağılbaz 1974-ci il mart ayının 28-də Füzulidə anadan olub. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1990-cı ildə isə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb. 

Qeyd edək ki, bu Azərbaycan mədəniyyətində ilk belə hadisə deyil. Bundan öncə də vaxtsız dünyasını dəyişən məşhurlarımız az olmayıb.

AZXEBER.COM 45 yaşına qədər dünyasını dəyişən məşhur ifaçılarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Anar Nağılbazdan öncə daha bir populyar rep ifaçısı Hüseyn Dərya 38 yaşında yol qəzasında həlak olub. Xəzər rayonu ərazisində baş vermiş yol qəzasında Hüseyn Dəryanın idarə etdiyi minik avtomobili KaMAZ markalı maşına çırpılıb Ağır xəsarətlər alan reper xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Yeni Ulduz 2” yarışmasının qalibi Rəcəb Musayev daha gənc, 32 yaşında dünyasını dəyişib. Onun da ölüm səbəbi yol qəzası olub. Müğənni Kürdəxanı-Ləhic bağları istiqamətində hərəkət edən zaman yol qəzasına düşüb. 


Tanınmış müğənni və aktyor Rüfət Mehdiyev 41 yaşında vəfat edib. Cəmiyyətdə daha çox ritmik mahnıların ifaçısı kimi tanınan müğənni insult səbəbindən dünyasını dəyişib. 

Tanınmış müğənni Amid Cəfərov 31 yaşında vəfat edib. Onun da ölüm səbəbi yol qəzası olub. Hazırda bir oğul yadigarı qalıb. Sumqayıtda keçirilən əksər şadlıq məclisləri mərhum müğənniyə həvalə olunub. Sumqayıtda dəfn olunub.

Cəmiyyətdə "Müğənni Şəfa” kimi tanıdığı Şəfa Hüseynova 30 yaşında yol qəzasında həyatını itirib. Qısa bir zamanda çoxlarının sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.

Azərbaycanlı ssenarist və rejissor Şahin Zəkizadə 38 yaşında vəfat edib. Onun ölüm səbəbi xərçəng xəstəliyi olub. İstedadlı rejissor 12 fevral 2017-ci ildə komaya düşmüş, 16 fevralda dünyasını dəyişib. Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.
 
Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor, Azərbaycanın əməkdar artisti Ələkbər oğlu Hüseynov 45 yaşında vəfat edib. Qaraciyər problemindən dünyasını dəyişən aktyorun bir oğul, bir qız yadigarı qalıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol